
“Maradona İtaliyanı, Messi İspaniyanı, Aquero isə İngiltərəni fəth etdi"
- 16 Dek 2021 14:30
- 641
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ürəyində yaranan problemlərlə əlaqədar bu gün karyerasını başa vurduğunu elan edən Serxio Aqueronun istedadını yüksək qiymətləndirib.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı hücumçunun vida mətbuat konfransında iştirak edən mütəxəssis deyib:
“Maradona İtaliyanı, Messi İspaniyanı, Aquero isə İngiltərəni fəth etdi. Onun statistikası danışır. O, təkbaşına matçlarda qalib gələ bilərdi, çünki onun daxili istəyi var idi və bu, onun inanılmaz istedadı idi. O, inanılmaz insandır".