
Mane sosial şəbəkəyə girməyən qız axtarır – Evlənmək üçün
- 17 İyn 2022 17:44
- 451
“Liverpul”un hücumçusu Sadio Mane niyə hələ də evlənmədiyini açıqlayıb.
Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, aprel ayında 30 yaşı tamam olan futbolçu bunları deyib:
“Bir çox qızlar məndən niyə evlənmədiyimi soruşurlar. Amma üzr istəyirəm, vaxtını boşa keçirirsən. Evləndiyim qadın sosial şəbəkədə olmayacaq. Mən Allaha və duaya hörmət edən qadınla evlənmək istəyirəm”.
Mane 2016-cı ildən “Liverpul”da çıxış edir. O, ötən mövsümdə bütün turnirlərdə 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.