
"Mançester Yunayted"in sabiq müdafiəçisi: "Oyunçular bütün güclərini meydanda qoymaq istəmirlərsə..."
- 10 Yan 2022 15:45
- 485
"Mançester Yunayted"in sabiq müdafiəçisi Pol Parker "qırmızı şeytanlar"ın durumunu dəyərləndirib.
Rekord.az xəbər verir ki, veteran futbolçu "Metro"ya danışıb:
"Ralf Ranqniki baş məşqçi postuna layiq saydıqları üçün bu işi ona həvalə ediblər. Komandanı formalaşdırmasını və inkişafa doğru ciddi addımlar atmasını istəyirlər. Ancaq bir məqamı unutmamalıyıq ki, oyunçular bütün güclərini meydanda qoymaq istəmirlərsə və ya uğur üçün daha yaxşısını etməyə səviyyələri imkan vermirsə, nəyisə dəyişmək çətin məsələdir. Biz bunu "Vulverhempton"la (0:1) oyunda da gördük. Hazırda "Mançester Yunayted"in yarımmüdafiə xətti elitadan düşmə zonası səviyyəsindədir. Hə, yarımmüdafiə çox zəifdir. Adlarla bağlı problem olmasa da, orta xətdə istək və cəsarət yoxdur".