Kristian Eriksen karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Rekord.az "Daily Star"a istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə danışıq aparan "Mançester Yunayted" rəhbərliyi futbolçunun tələb etdiyi yüksək əməkhaqqını ödəməyə hazırdır.

Mənbə Eriksenin istədiyi maaşı da açıqlayıb. Xəbərə görə, Kristian "qırmızı şeytanlar"ın sıralarına qoşulacağı halda, hər mövsüm üçün 8,3 milyon avro qazanacaq.

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan Eriksen son mövsümün ikinci yarısını "Brentford"da keçirib. O, İngiltərə Premyer Liqasında çıxdığı 11 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.