“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf karyerasını İspaniyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, Madrid klubu mümkün transferlə bağlı “qırmızı şeytanlar”la danışıqlar aparmağa çalışsa da, Premyer Liqa təmsilçisi müdafiəçini heyətdə saxlamaq istədiyini bildirib.

28 yaşlı isveçlinin klubla cari müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 13 oyuna çıxıb.