
“Mançester Yunayted” yeni baş məşqçisini rəsmən açıqladı
- 29 Noy 2021 18:15
- 528
İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Ralf Ranqnikə tapşırılıb.
Ranqnik “Mançester Yunayted”in 6 aylıq, müvəqqəti baş məşqçisi olacaq.
Alman mütəxəssis bundan əvvəl Moskva “Lokomotiv”ində idman direktoru kimi çalışırdı.