
"Mançester Yunayted" xəbərini təkzib elədi
- 10 Dek 2021 13:47
- 558
İtaliya yığmasının baş məşqçisi Roberto Mançininin “Mançester Yunayted”i çalışdıra biləcəyi ilə bağlı məlumat yayılıb.
Mətbuatda yayılan xəbərlərdə iddia olunur ki, tərəflər arasında ilkin razılıq əldə edilib.
Rekord.az xəbər verir ki Mançini bu məlumatı təkzib edib:
“Yalandır. Mənim əsas hədəfim İtaliya yığması ilə dünya çempionatına getmək və orada qalib gəlməkdir”.
Onu da qeyd edək ki, İtaliya Futbol Federasiyası Avro-2020-dən sonra Mançini ilə müqaviləni 2026-cı ilin yayına qədər uzadıb.