İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi Ole-Qunnar Sulşer istefaya göndərilib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Norveçli mütəxəssislə müqaviləyə xitam verilib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub.

Sulşeri müvəqqəti olaraq köməkçi-məşqçi Darren Fletçer əvəzləyəcək.

“Mançester Yunayted” Premyer Liqada 7-ci sırada qərarlaşıb.