
"Mançester Yunayted" onu icarəyə verir
- 28 Yan 2022 12:17
- 457
"Mançester Yunayted" gənc futbolçusu Amad Diallonu icarəyə verib.
Rekord.az xəbər verir ki, 19 yaşlı hücumçu Şotlandiyanın "Reyncers" klubuna keçib.
Gənc forvard mövsümün sonunadək Premyer Liqa klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Amad Diallo "Mançester Yunayted"ə 2021-ci ilin yanvarında "Atalanta"dan transfer olunub. Fil Dişi Sahili millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 3 oyunda 2 qol və 1 asistlə yadda qalıb.