“Mançester Yunayted” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyəcək.

Rekord.az "Talksport"ə istinadən xəbər verir ki, klub mövsümün sonuna qədər təyin olunan baş məşqçi Ralf Ranqnik üçün transferlərə maliyyə ayırmayacaq.

Bildirilib ki, klub tələsmək istəmir və yayda mərkəz yarımmüdafiəçisi almağı planlaşdırır. 

"Mançester Yunayted"in yayda "Vest Hem"in  yarımmüdafiəçisi Deklan Rays və  ya "Vulverhempton"un oyunçusu  Ruben Nevesi transfer edə biləcəyi vurğulanıb.