
"Mançester Siti"yə hörmət etməsən..."
- 30 Noy 2021 15:21
- 537
Sabiq ingilis futbolçu Karlton Koul “Mançester Siti” – “Vest Hem” qarşılaşmasında uğursuz müqayisə aparıb.
Rekord.az xəbər verir ki, Koul “BBC Radio 5”-də ekspert kimi çalışır.
O, “Vest Hem”in baş məşqçisi Devid Moyesin müdafiəyəmeyilli taktika seçməsini şərh edərkən Holokostu nümunə gətirib:
“Müdafiəyəmeyilli taktika seçilib? Niyə də yox? “Mançester Siti”yə hörmət etmək lazımdır. Əgər bunu etməsən, onda Holokost olar. Bunu hansı məşqçi istəyər?”
Amma sonradan uğursuz müqayisəyə yol verdiyini başa düşən ekspert üzr istəməli olub.