“Mançester Siti”nin futbolçusu Benjamin Mendiyə qarşı daha bir zorlama faktı ilə bağlı ittiham irəli sürülüb.

Rekord.az xəbər verir ki, bununla da müdafiəçinin günahlandırıldığı zorlamaların sayı 7-yə çatıb.

Mendi bu ilin avqustundan həbsdədir. Onun məhkəməsi 2022-ci il, yanvarın 24-nə planlaşdırılır.

Məhkəmə Mendinin zaminə buraxılması barədə müraciətlərini üç dəfə rədd edib.