"Mançester Siti”dən növbəti transfer
- 18:40
- 25
İngiltərənin "Mançester Siti" klubu Braziliyanın "Palmeyras" komandasından vinger Allan Eliası heyətinə qatıb.
Rekord.az Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Braziliyalı oyunçu baş məşqçi Entso Mareskanın komandasına bu yay qoşulan Elliot Anderson, Ceremi Monqa, Xeronimo Rulli və Ayyub Buaddidən sonra növbəti transfer olub.
Qeyd edək ki, A.Elias "Palmeyras"dan "Mançester Siti"yə keçən növbəti futbolçudur. 2025-ci ildə müdafiəçi Vitor Reys, 2017-ci ildə isə forvard Qabriel Jezus da Braziliya klubundan transfer olunmuşdu.