
“Mançester Siti”dən ÇL-də iki yeni rekord
- 16 Fev 2022 18:00
- 508
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 finalında səfərdə Portuqaliya “Sportinq”i ilə qarşılaşan İngiltərənin “Mançester Siti” komandası bu oyundan 5:0 hesablı qələbə ilə ayrılıb.
Rekord.az xəbər verir ki, “şəhərlilər” bu qollardan dördünü elə ilk hissədə rəqib qapısından keçirib.
Bu isə ÇL tarixində yeni rekorddur. Buna qədər heç bir komanda qitənin ən nüfuzlu klub turnirində ilk hissədə dörd qol vurmamışdı.
“Mançester Siti” ÇL-də vurduğu qolların ümumi sayını da 200-ə çatdırıb. İngiltərə klubu bu turnirdə 200 qol həddinə çatan 14-cü komandadır. Sadəcə, bu komanda 200 qol həddinə cəmi 97 matçda çatıb ki, bu da yeni bir rekorddur.