
“Mançester Siti”də yeni müqavilə
- 01 Fev 2022 17:45
- 535
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Joao Kanselo ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kanselo 2019-cu ilin yayından “Mançester Siti”də çıxış edir.