İngiltərənin “Mançester Siti” klubunda dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, bu, vinger Riyad Mahrezdir.

Əlcəzairli futbolçu ötən ay iştirak etdiyi 8 oyunda 4 qol vurub.