"Mançester Siti" heyətinə yeni futbolçu qatmağa hazırlaşır. 

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" "River Pleyt"in oyunçusu Xulian Alvareslə razılaşıb.

Klub 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. Premyer Liqa təmsilçisi futbolçuya görə qarşı tərəfə 18,5 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Alvares bu mövsüm 20 matçda 18 qol vurub və 6 qolun ötürməsini verib.