Azərbaycan milli komandasının iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb. 


Rekord.az xəbər verir ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək:


5 iyun

 

22:00. Azərbaycan – Malta

Baş hakim: Mixali Kaprali

Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa

Dördüncü hakim: Tamaş Boqnar

(Hakimlər briqadası Macarıstandandır)

Sombatxey, “Haladaş” stadionu

 

9 iyun

 

22:00. Azərbaycan – San Marino

Baş hakim: Marton Ruş

Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai

Dördüncü hakim: Bençe Çsonka

(Hakimlər briqadası Macarıstandandır)

Sombatxey, “Haladaş” stadionu