Mahmud Qurbanov: "Kəpəz"də nəticə qazanmaq üçün bütün şərait var"
- 11:00
- 39
"Kəpəz"in baş məşqçisi postu ətrafında müzakirələr səngimək bilmir.
Rekord.az xəbər verir ki, Azər Bağırovun böyük ölçüdə gedəcəyi məlum olduğundan onun yerinə yeni namizədlərin adları gündəmə gəlir.
Bu namizədlərdən biri də Mahmud Qurbanov ola bilər. Qurbanov gəncəlidir, Gəncədə onu çox istəyirlər, hörmət edirlər. Hətta Gəncənin futbol veteranları da onu "Kəpəz"in baş məşqçisi postunda görmək istəyir. Bəs görəsən, "professor"un özünün bu məsələyə münasibəti necədir? "Kəpəz"dən onunla əlaqə saxlayan olubmu, olarsa məşqçinin reakdiyası necə olar, "Kəpəz"də uğur qazanmaq mümkündürmü? Suallarımızı Qurbanovun özünə ünvanladıq və cavabı bu cür oldu: "İlk öncə ondan başlayım ki, "Kəpəz"dən mənimlə nə əlaqə saxlayan olub, nə də maraqlanan. Bu olmayınca. hansısa fikir söyləmək də düz çıxmır. O ki qaldı, gəncəlilərin məni baş məşqçi postunda görmək istəyinə, Gəncə mənə doğmadı, "Kəpəz"in yetirməsiyəm, orda futbol oynamışam, titullarım, gözəl günlərim olub. Əlbəttə ki, bu komandada baş məşqçi işləmək həm maraqlı, həm də xoş olardı. Onu da deyim ki, "Kəpəz"də nəticə qazanmaq üçün bütün şərait var. Gözəl stadion, baza, meydançalar. Belə şəraitdə əlbəttə ki, yaxşı nəticələr qazanmaq mümkündür".