
Mahirli “Legiya”dan ardıcıl 7-ci məğlubiyyət
- 21 Noy 2021 23:31
- 514
Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qurnik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl yeddinci məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb.
15 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.