
"Mahirin "Sevilya"ya qarşı oynamaq şansı var"
- 17 Fev 2022 11:45
- 469
"Mahir Emrelinin sabah debüt etmək şansı var. Onu komandanı gücləndirmək üçün gətirmişik".
Rekord.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emrelinin yeni komandası Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off məhləsinin "Sevilya" ilə ilk oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, 24 yaşlı hücumçunun ideal vəziyyətdə olmadığını da bildirib: "Tam hazır vəziyyətdə deyil. Bütün bunlarda diqqətli olmalıyıq. O da hamı kimi heyətdədir və sabah oynamaq ehtimalı var".
Qeyd edək ki, bu gecə oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.