
Mahirin komandası qış hazırlığını Dubayda keçəcək
- 03 Dek 2021 12:21
- 489
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa “Legiya”sının qış hazırlıq planı bəlli olub.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi təlim-məşq toplanışını yanvarın 6-dan 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.
Bu müddətdə komandanın üç yoxlama matçına çıxması nəzərdə tutulub.
“Legiya” Polşa çempionatında 16 turdan sonra 12 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Varşava klubunun ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.