
Mahirin döyülməsindən qorxub özünə mühafizəçi tutdu
- 23 Dek 2021 11:00
- 517
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın prezidenti Dariuş Mioduski özünə xüsusi mühafizəçi tutub.
Rekord.az xəbər verir ki, funksioner azarkeşlərin mümkün hücumundan qorunmaq məqsədilə bu addımı atıb.
O, komandanın uğursuzluğuna görə fanatların bəzi futbolçulara xəsarət yetirməsindən sonra özü ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib.
"Legiya" azarkeşləri Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra futbolçulara hücum edib.
Nəticədə Mahir Emreli və Lukinyas xəsarət alıb. Emreli həmin hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Onun paytaxt klubundan ayrılacağı gözlənilir.