“Legiya”nın futbolçusu Mahir Emreli komandasının 2021-ci ildəki son oyununu da buraxacaq.

Rekord.az Polşa mətbuatına istinadən xəbər verir ki,  Plotsk “Visla”sı ilə matçdan sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan millimizin üzvü hələ də komanda ilə birlikdə məşq etmir.

Bu səbəbdən onun 19-cu turda keçiriləcək “Radomiak Radom”la görüşü də buraxacağı bildirilib.

Xatırladaq ki, M.Emrelinin Polşa təmsilçisindən ayrılacağı xəbərləri yayılıb. O, bundan əvvəl  "Zaqlebye" ilə matçda  oynamayıb.