Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, komanda 7-ci tur çərçivəsində səfərdə "Osiyek"lə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

Emreli 30-cu dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə komandasının ilk qolunu vurub. "Dinamo" qələbə qoluna isə 90+8-ci dəqiqədə imza atıb.

"Dinamo" hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb.