
"Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı"
- 02 Dek 2021 19:30
- 641
“Legiya”nın baş məşqçisi Marek Qolembievski Polşa kubokunun 1/8 finalında "Motor Lyüblina"ya 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Rekord.az legia.net-ə istinadən xəbər verir ki, o, millimizin hücumçusu Mahir Emrelini də fərqləndirib: “Ağır oyun oldu. Kubok matçlarının hər zaman öz qaydaları var. Rəqib bizi çətin vəziyyətə saldı. İkinci hissədə Mahir Emreli və Filip Mladenoviç meydana daxil olduqdan sonra rəqibdən üstünlüyümüz üzə çıxdı. Yaxşı şanslar yaratdıq, xoşbəxtlikdən ikisindən maksimum istifadə etdik. Digər qol isə oyundankənar vəziyyətə görə hesaba alınmadı. Bizim üçün vacib olan irəliləyişdir. Ardıcıl ikinci qələbəmizi qazandıq".
Qeyd edək ki, M.Emreli sözügedən görüşdə 46-cı dəqiqədə meydana daxil olub.