Mahir Emrelinin çıxış etdiyi "Rakuv"da yeni baş məşqçi
- 20:30
- 23
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" komandasında baş məşqçi təyinatı gerçəkləşib.
Rekord.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisi məlumat yayıb.
Bu vəzifəni David Şulçek yerinə yetirəcək. O, bu postda David Kroçeki əvəzləyib.
D.Şulçek daha əvvəl komandada köməkçi məşqçi vəzifəsində çalışırdı.
Xatırladaq ki, "Rakuv" Polşa çempionatında keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub. David Kroçek mayda bu posta təyin edilmişdi.