
Mahir Emrelidən "Slavya" açıqlaması
- 05 Dek 2021 12:00
- 556
Bir neçə gün öncə Çexiya mətbuatında Mahir Emrelinin mövsümün sonunda "Slaviya"ya (Praqa) keçidi ilə bağlı iddia yayılmışdı.
Həmkarlarımız "Legiya"nın Avropa Liqasında mübarizəni dayandıracağı, Varşava klubunun Polşa çempionatında yüksək pillələrdə qərarlaşmayacağı təqdirdə Azərbaycan millisinin üzvünün komandanı tərk edəcəyini bildiriblər.
Xəbərlə bağlı fikirlərini öyrənmək üçün Mahir Emrelinin özü ilə əlaqə saxladıq:
"Belə bir təklif varsa da, "Legiya"ya olunub. Mənimlə heç kim əlaqə qurmayıb, nəsə deməyib. Bu səbəbdən də konkret fikir səsləndirə bilmərəm. Hazırda "Legiya"nın oyunçusuyam. Bütün diqqətimi burdakı oyunlara yönəltmişəm. Özünüz bildirdiniz ki, məlumat Çexiya mətbuatında çıxıb. Xəbərin hardan qaynaqlandığını onlar daha yaxşı bilərlər. Amma mənimlə bu barədə heç kim nəsə danışmayıb". ("Futbol plus")