
Mahir Emreli ilə birgə döyülən futbolçu ABŞ klubuna keçdi
- 16 Fev 2022 23:18
- 574
Polşanın “Legiya” klubunda Mahir Emreli ilə birgə azarkeşlər tərəfindən döyülən braziliyalı futbolçu Lukinyas da Varşava təmsilçisindən ayrılıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Xatırladaq ki, 2021-ci il dekabrın 12-də “Legiya” Plotsk “Visla”sı ilə çempionat oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna hücum çəkiblər. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib.