
Mahir Emreli: “Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa…”
- 25 Noy 2021 15:40
- 535
Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Lester Siti”yə (İngiltərə) qarşı keçirəcəkləri oyundan əvvəl paylaşım edib.
Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu, matçın oynanılacağı “Kinq Pauer” stadionundan məşq fotolarını paylaşıb və bunları qeyd edib:
“Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm”.
Bu gün keçiriləcək “Lester Siti” – “Legiya” matçına saat 00:00-da start veriləcək.