
Lukaku İtaliyaya qayıdır?
- 13 Dek 2021 12:43
- 931
“Çelsi”nin futbolçusu Romelu Lukaku karyerasını yenidən İtaliyada davam etdirə bilət.
Rekord.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçunun meneceri Federiko Pastorello deyib.
O bildirib ki, mövsümün əvvəlində “İnter”dən “Çelsi”yə transfer edilən 28 yaşlı oyunçu gələcəkdə yenidən A seriyasında mübarizə aparacaq: “Romelu İtaliyanı sevir və gələcəkdə A seriyasına qayıdacaq. Amma indi “Çelsi”də çox xoşbəxtdir”.
Qeyd edək ki, Romelu Lukaku cari mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 15 oyun keçirib, 5 qol vurub.