İtaliyanın “Latsio” klubu futbolçusu Cordan Lukakunu icarəyə verib.

Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Vinçentsa”da çıxış edəcək.

Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cordan Lukaku “Çelsi”nin hücumçusu Romelu Lukakunun kiçik qardaşıdır.