Mirça Luçesku "Dinamo"dakı gələcəyi və ümumiyyətlə, məşqçi kimi gələcək fəaliyyəti haqda danışıb.

Rekord.az xəbər verir ki, o, hər şeyin səhhətindən asılı olacağını bildirib: "Əməliyyatdan sonra normal bərpa üçün vaxtım olmadı. İşləmək istəyirəm. Səhhətim imkan versə "Dinamo"dakı işimi müqavilənin sonuna qədər davam etdirmək fikirindəyəm. Ümumilikdə gələcəyimlə bağlı 5 illik plan qura bilmərəm. İşimdən günbəgün, aybaay həzz almaq fikirindəyəm".