
Loris Fransaya qayıdır?
- 30 Dek 2021 14:47
- 801
"Nitsa" yayda məşhur qapıçı ilə anlaşmaq istəyir.
Rekord.az xəbər verir ki, Fransa klubu "Tottenhem"in qolkiperi Uqo Lorislə güclənmək niyyətindədi.
Mövsüm sonunda London klubu ilə müqaviləsi başa çatacaq 35 yaşlı çərçivə qoruyucusu "Nitsa" ilə ilkin razılıq əldə edib.
"Tottenhem"dən əvvəl "Lion"da çıxış etmiş təcrübəli qapıçı 2005-2008-ci illərdə"Nitsa"nın qapısını qoruyub.