“Liverpul”un koronavirusa yoluxan futbolçuları Fabinyo, Vircil van Dayk və Kurtis Cons sağalıb. Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər üç oyunçunun koronavirus testinin nəticəsi neqativ olub və onlar komanda ilə birlikdə məşqlərə başlayıblar.