
“Liverpul” yeni transferini rəsmən açıqladı
- 19 İyn 2022 17:30
- 476
“Liverpul” klubu “Aberdin”in futbolçusu Kalvin Remzinin transferini açıqlayıb.
Rekord.az klubun rəsmi saytına xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Liverpul” Remzi üçün Şotlandiya təmsilçisinə 6,5 milyon funt-sterlinq təzminat ödəyəcək.
Şotlandiyalı futbolçu ötən mövsüm “Aberdin”in heyətində 33 oyuna çıxıb, 1 qol vurub və 9 qol ötürməsi verib.