İngiltərənin “Liverpul” klubu son 25 ilin antirekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, “mersisaydlılar” ardıcıl 9-cu ev oyununda qapısında qol görməklə bu uğursuz nəticəyə imza atıb.

Yurgen Kloppun komandası son olaraq Premyer Liqanın 33-cü turunda “Kristal Pelas”a 0:1 hesabı ilə uduzub.

Liverpul təmsilçisi 1996 və 1999-cu illərdə də eyni uğursuz ssenarini yaşayıb.