
"Liverpul" iki futbolçusunu satır
- 07 Yan 2022 17:30
- 560
“Liverpul”un iki müdafiəçisi – Neko Uilyamsla Nataniel Filippis qışda komandanı tərk edə bilərlər.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu futbolçuları satmağa razıdır.
Uilyams özü də klubunu dəyişməkdə maraqlıdır.
O, dünya çempionatı ərəfəsində daha çox oyun təcrübəsi əldə etmək istəyir. Filippsə isə İtaliya klubları maraq göstərir. “Liverpul” onun satışında 18 milyon avro qazanmağı planlaşdırır.
Hər iki futbolçunun müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.