Fransanın “Lans” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrənin “Bazel” klubunun yarımmüdafiəçisi Andi Diufu heyətinə qatıb.

Fransızlar 20 yaşlı futbolçunun keçidi üçün 15 milyon avrodan keçiblər.

Fransadan olan yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Diuf “Bazel”ə Fransanın “Renn” klubundan 5,5 milyon avro qarşılığında keçmişdi. O, “Bazel”də 57 oyuna 3 qol vurub.