“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Avstriyadan olan 53 yaşlı Adi Hütterə həvalə olunub.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, baş məşqçi postunda Filipp Klemanı əvəz edib. Belçikalı mütəxəssis bu yay istefaya göndərilmişdi.

Hütter 2022-ci ilin yayından - Mönhenqladbah “Borussiya”sından ayrılandan bəri işsiz idi. O, daha əvvəl Almaniyanın “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarını da çalışdırıb.