
Liqa 1 klubu milli üzvü ilə gücləndi
- 07 Yan 2022 17:15
- 429
Futbol üzrə Əlcəzair yığmasının yarımmüdafiəçisi Nabil Bentaleb özünə yeni iş yeri tapıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra Fransanın “Anje” klubunun uğurları üçün çalışacaq.
Yarımmüdafiəçi Liqa 1 təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Bentaleb son olaraq Almaniyanın “Şalke” komandasında çıxış edib. O, Almaniya klubundan ayrılandan - 2021-ci ilin yayından bəri azad agent statusu daşıyırdı. Yarımmüdafiəçi karyerası ərzində İngiltərənin “Tottenhem” və “Nyukasl” komandalarında da forma geyinib. Əlcəzair yığmasında 35 matça çıxan futbolçu 5 qol vurub.