Lion “Olimpik”inin yarımmüdafiəçisi Tiaqo Mendesin Qətər təmsilçisi “Əl-Rayyan”a keçidi rəsmiləşib.

Rekord.az xəbər verir ki, onunla 2 illik müqavilə imzalanıb.

Mendes 2017-2019-cu illərdə Fransanın “Lill”, 2019-2023-cü illərdə isə “Olimpik” klublarında forma geyinib.

O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.