“Lion”da idarəçilər arasında anlaşılmazlıq hökm sürür.

Rekord.az xəbər verir ki, Fransa klubunun idman direktoru Juninyonun postunu tərk edəcəyi haqda məlumat yayılıb.

Bildirilir ki, idman direktoru ilə klub rəhbərliyi arasında anlaşılmazlıq var.

Böyük ehtimalla, tərəflərin transferlərlə bağlı məsələdə fikirləri üst-üstə düşmür. Onda görə də idman direktoru klubdan ayrılmaq niyyətindədir.

Juninyo “Lion”da 2019-cu ilin qışından çalışırdı.