Fransanın “Lill” klubu niderlandlı müdafiəçisi Sven Botmanla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini İngiltərənin “Nyukasl” klubuna satıb.

Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. İngiltərə klubu bu transfer üçün fransızlara 35 milyon funt-sterlinq ödəyib. Sven Botman yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

“Lill” Botmanın yerini braziliyalı Aleksandro Ribeyro ilə doldurub. Portuqaliyanın “Çaves” klubundan transfer olunan 22 yaşlı futbolçu üçün 2 milyon təzminat ödənildiyi bildirilir. O, Fransa klubu ilə 4 illik müqaviləyə imza atıb.