İngiltərənin “Lids” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, qarşıdakı mövsümü Çempionşipdə keçirəcək bu komandanı Daniel Farke çalışdıracaq.

Bu yay Mönhenqladbah “Borussiya”sından ayrılan 46 yaşlı alman mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Farke 2022-ci ilin iyulundan “Borussiya”ya rəhbərlik edirdi. O, daha öncə “Lippştadt” və “Norviç Siti”də də baş məşqçi olub.