II Liqada 24-cü tura start verilib.

Rekord.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Cəbrayıl” “Lerik”lə, “Kür-Araz” isə “Şəki Siti” ilə ev oyunundan qalib ayrılıb.

“Qusar” evdə lider “Baku Sportinq”ə, “Kürmük Qax” isə “Şəmkir”ə uduzub.

II Liqa
24-cü tur

6 may

“Cəbrayıl” – “Lerik” 1:0
Qol: Ruslan Voronsov, 66.

“Qusar” – “Baku Sportinq” 1:2
Qollar: Vüqar Əşrəfli, 38 - Röyal Nəcəfov, 24-pen; 49.

“Kürmük Qax” – “Şəmkir” 0:4
Qollar: İlkin Əliyev, 5; 54. Məzahir Əhmədov, 27. Sahib Cümşüdov, 66.

“Kür-Araz” – “Şəki Siti” 4:3
Qollar: Cavid İmamverdiyev, 17; 48; 75-pen. Osman Soltanov, 30-öz qapısına - Yusif Cəfərov, 2-pen. Yusif Dilanov, 5. Süleyman Rauflu, 70.