Almaniyanın “Leyptsiq” komandasının yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin “sükan”ı Domeniko Tedeskoya tapşırılıb.

Bu barədə klubun mətbuat məlumat yayıb. 36 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Leyptsiq”də bir neçə gün əvvəl baş məşqçi Cessi Marş istefaya göndərilib.