
"Leypsiq"lə oyunu şərh etdi
- 06 Noy 2021 14:45
- 363
PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Leypziq”lə 2:2 oynamalarına şərh verib.
Rekord.az xəbər verir ki, argentinalı mütəxəssisin fikrincə, parislilər Almaniyada qalib gələ bilərmiş:
“Oyunumuzdan razı qaldığımı deməyim çətindi. Çünki heç-heçəyə görə hamımız təəssüflənirik.
Yetərincə qol epizodları yarada bilirdik ki, qalib gələk. Amma ümumilikdə bu nəticə ədalətli idi. “Leypziq” matçını yaxşı analiz etməliyik. “Leypziq”in yaxşı komandası var".