"Barselona"nın hücumçusu Robert Levandovski son turda "Rayo Valekano"ya 1:2-lik məğlubiyyəti şərh edib.

Rekord.az xəbər verir ki, polşalı hücumçu "AS"a açıqlamasında bunları deyib: "Çox çətin oyun oldu. "Barselona"ya burda həmişə çətin olur. İki qol buraxdıq, keyfiyyətli qol epizodları yarada bilmədik. Növbəti matçda daha yaxşı çıxış etməyə çalışacağıq. Yüksək təzyiq altında meydançaya çıxanda oynamaq da çətin olur".