
"Levandovski ilə danışıqlar müsbət yöndə olub"
- 07 May 2022 13:42
- 467
"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann komandanın hücumçusu Robert Levandovski ilə müqavilənin uzadılması üçün aparılan danışıqlar haqda sualları cavablandırıb.
Rekord.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında deyib:
“Bunu bilirəm ki, “Bavariya” ilə Robertin meneceri arasındakı danışıqlar müsbət yöndə olub. Bizə bir az səbr lazımdır və səbr mənim ən güclü keyfiyyətlərimdən biridir”.
Qeyd edək ki, daha əvvəl Robert Levandovskinin bu mövsümün sonunda "Bavariya"nı tərk edə biləcəyi barədə məlumatlar yayılmışdı.